İstifadəŞərtləri
Platformamızdan istifadə etməklə aşağıdakı qaydaları qəbul etmiş olursunuz.
Son yenilənmə: 11 İyul 2025
1. Giriş
"Medogate" tibbi randevu və pasiyent idarəetmə platformasına xoş gəlmisiniz. Bu veb-saytdan istifadə etməklə, aşağıdakı şərtləri və qaydaları qəbul etmiş olursunuz. Xahiş edirik, bu şərtləri diqqətlə oxuyun.
2. Xidmətlərin Təsviri
Saytımız, pasiyentlərin klinikalar və həkimlərlə onlayn randevu təyin etməsi üçün bir platforma təqdim edir. Biz tibbi məsləhət vermirik. Bütün tibbi qərarlar sizinlə həkiminiz arasında verilməlidir.
3. İstifadəçi Hesabları
- Hesab yaratmaq üçün ən azı 18 yaşınız olmalıdır.
- Qeydiyyat zamanı təqdim etdiyiniz məlumatların dəqiq və aktual olmasına siz məsuliyyət daşıyırsınız.
- Hesabınızın məxfiliyini və şifrənizin təhlükəsizliyini qorumaq sizin öhdəliyinizdədir. Hesabınız altında baş verən bütün fəaliyyətlərə görə siz məsuliyyət daşıyırsınız.
4. Qadağan Olunmuş Fəaliyyətlər
Aşağıdakı fəaliyyətlər qəti qadağandır:
- Saytın fəaliyyətinə müdaxilə etmək və ya onu pozmağa cəhd göstərmək.
- Başqasının adından saxta hesab yaratmaq və ya yanlış məlumat təqdim etmək.
- Sistemdən qeyri-qanuni və ya icazə verilməyən məqsədlər üçün istifadə etmək.
- Spam göndərmək və ya kütləvi şəkildə eyni məzmunlu sorğular etmək.
5. Məsuliyyətin Məhdudlaşdırılması
Biz həkimlər və klinikalar tərəfindən təqdim edilən xidmətlərin keyfiyyətinə, dəqiqliyinə və nəticələrinə zəmanət vermirik. Həkim seçimi və alınan tibbi xidmətlərlə bağlı bütün məsuliyyət pasiyentin üzərinə düşür. Sayt "olduğu kimi" prinsipi ilə təqdim edilir və biz onun fasiləsiz və xətasız işləməsinə zəmanət vermirik.
TİBBİ MƏSULİYYƏT BARƏDƏ MÜHÜMDİR:
Medogate tibbi xidmət göstərmir və həkim-pasiyent münasibətinin tərəfi deyil. Platformada göstərilən və saxlanılan bütün tibbi məlumatlar (diaqnozlar, müalicə planları, laboratoriya analiz nəticələrinin şərhi, həkim qeydləri, tibbi tövsiyələr) yalnız müvafiq klinika və həkimlərin məsuliyyəti altındadır.
Bu məlumatlar Medogate tərəfindən hazırlanmır, yoxlanılmır, tibbi baxımdan qiymətləndirilməmir və təsdiq edilmir.
Medogate aşağıdakılara görə məsuliyyət daşımır:
- Pasiyentə qoyulan diaqnozun düzgünlüyünə
- Təyin edilən müalicənin nəticələrinə
- Analiz və müayinə cavablarının tibbi interpretasiyasına
- Həkimlərin peşəkar fəaliyyətinə və tibbi qərarlarına
- Tibbi xidmətin keyfiyyətinə və hər hansı tibbi zərərə
Həkim və klinika seçimi, həmçinin həmin həkim və klinikadan alınan tibbi xidmətin nəticələri ilə bağlı bütün risk və məsuliyyət birbaşa pasiyentin üzərinə düşür. Medogate yalnız onlayn randevu və texniki infrastruktur təqdim edən vasitəçi platformadır.
6. Müəllif Hüquqları
Saytda yer alan bütün məzmun (mətn, qrafika, loqo, ikonlar) bizim və ya lisenziya verənlərimizin mülkiyyətidir və müəllif hüquqları qanunları ilə qorunur.
7. Şərtlərdə Dəyişikliklər
Biz bu İstifadə Şərtlərini istənilən zaman dəyişdirmək hüququnu özümüzdə saxlayırıq. Dəyişikliklər saytda dərc edildiyi andan etibarən qüvvəyə minir. Saytdan istifadəyə davam etməyiniz, yenilənmiş şərtləri qəbul etdiyiniz mənasını verir.
8. Əlaqə
Bu şərtlərlə bağlı suallarınız varsa, Dəstək səhifəmiz vasitəsilə bizimlə əlaqə saxlayın.